AZ

Yuventus ingilislərin təklifini rədd etdi

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Yuventus" İngiltərə nəhənginin oyunçularını dəyişmək təklifini geri çevirib.

Fanat.Az-ın "TuttoJuve"yə istinadən məlumatına görə, "Arsenal" Qabriel Jezusu qarşı tərəfə verərək əvəzində Conatan Devidi almaq istəsə də, rədd cavabı alıb.

25 yaşlı Devidin Turin klubunda özünü yaxşı tərəfdən göstərə bilməməsinə rəğmən, xaçvari diz bağlarının qopması səbəbindən uzun müddət kənarda qalan Jezusun ağır zədədən qayıtması italyanların imtinasını şərtləndirən əsas amildir.

Qeyd edək ki, "Transfermarkt" portalı 28 yaşlı Jezusun transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir. "Yuventus"a bu yay "Lill"dən ayrılaraq azad agent qismində qoşulan Devidin təxmini  bazar qiyməti isə 45 milyon avrodur. 

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
2
fanat.az

3Mənbələr