İranda İsrailin Xarici Kəşfiyyat Xidməti MOSSAD üçün çalışmaqda ittiham olunan bir şəxs edam edilib.
"Cebheinfo.az" xəbər verir ki, Akil Keşaverz adlı İran vətəndaşı “İsrailin xeyrinə casusluq etmək, Təl-Əvivlə kəşfiyyat əməkdaşlığı qurmaq və İranın həssas hərbi və təhlükəsizlik obyektlərini izləyib görüntülərini çəkmək”də təqsirli bilinib.
Keşaverzin həm İsrail ordusu, həm də MOSSAD ilə ayrı-ayrı kanallar vasitəsilə əlaqə saxladığı və bu səbəbdən edam edildiyi bildirilib.