AZ

"Birbank"la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı

Bakı. Trend:

"Birbank"ın təşəbbüskarlığı və texnoloji dəstəyi ilə ölkəninictimai nəqliyyat sistemində yeniliklərin tətbiqi davam edir. Beləki, BakıKart-la birgə həyata keçirilən layihə çərçivəsində artıqvətəndaşlar Bakı Metropoliteni ilə yanaşı, şəhərdaxili marşrutavtobuslarında da gediş haqqını istənilən yerli banka məxsustəmassız ödənişi dəstəkləyən (NFC) bank kartları ilə ödəyəbiləcəklər.

Yenilik ilk olaraq 500 nömrəli marşrut xəttində aktivləşdirilibvə hazırda sistem real istismar şəraitində sınaqdan keçirilir. Testmərhələsinin ardından təməssız (NFC) ödənişləri ən qısa zamandamərhələli şəkildə digər “BakuBus” marşrut xətlərinə də tətbiqediləcək. Bu texnologiyanın digər daşıyıcı operatorlar üzrə dəgenişləndirilməsi planlaşdırılır.

Yenilik təkcə "Kapital Bank" müştərilərini deyil, bütün banksektorunu əhatə edir və digər bankların müştəriləri üçün dətəmassız ödəniş imkanı yaradır. Həmçinin, yeni sistem “Apple Pay”,“Google Pay” ödəniş sistemləri ilə yanaşı, “Birbank”, “BakıKart” və“m10” ödənişlərini dəstəkləməyə davam edir. Bu isə müştərilərəseçim azadlığı və rahatlıq təqdim edir.

Xatırladaq ki, "Birbank" və "BakıKart"ın birgə əməkdaşlığı ilədaha öncə də ictimai nəqliyyatda vətəndaşlar üçün QR ödəniş imkanıyaradılıb. Sistemin tətbiqi nəticəsində "Birbank" mobil tətbiqindəyaradılan QR bilet vasitəsilə paytaxt Bakı və Abşeron ərazisindəmetro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarınıfiziki kart olmadan asanlıqla ödəyə bilirlər. Həmçinin, ötən aydanetibarən şəhər sakinləri metro gedişlərini istənilən yerli bankaməxsus təmassız ödənişi dəstəkləyən (NFC) bank kartları ilə həyatakeçirirlər.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən"Kapital Bank"ın əmtəə nişanı olan "Birbank", 3 milyondan çox aktivistifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarətAzərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərininxidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı "KapitalBank" adı altında müştərilərinə xidmət göstərib və "PAŞA Holding"ədaxildir. "Kapital Bank" isə hazırda maliyyə institutu olaraqfəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə dahaətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinəvə ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciətedə bilərsiniz.

Seçilən
53
13
az.trend.az

10Mənbələr