AZ

Məşhur heykəli oğurladılar

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Suriyanın paytaxtı Dəməşq şəhərində 1999-cu ildə Papa II İoann Pavel tərəfindən Müqəddəs Pavel Monastır Kilsəsinə hədiyyə edilən Müqəddəs Pavel heykəli naməlum şəxslər tərəfindən oğurlanıb.

"Cebheinfo.az" xəbər verir ki, Suriya İnformasiya Nazirliyinin yaydığı yazılı açıqlamada, Bab Kisan bölgəsində yerləşən kilsədəki bürüncdən hazırlanmış heykəlin dünən oğurlandığı bildirilib.

Qeyd olunub ki, hadisə ilə bağlı ilkin istintaqa başlanılıb və “Heykəli oğurlayan şəxslərin motivasiyasının onun bürüncdən hazırlanması olduğu ehtimal edilir” ifadəsinə yer verilib.Cinayəti törədənlərin tutulub-tutulmadığı barədə isə məlumat verilməyib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
cebheinfo.az

2Mənbələr