AZ

İstirahət gününün hava proqnozu açıqlandı

Azərbaycanda dekabrın 21-nə olan hava proqnozu açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80% təşkil edəcək.

Seçilən
5
49
publika.az

10Mənbələr