AZ

Məktəblilərə DİN in Polis Akademiyasında və Daxili Qoşunların Hərbi İnstitutunda təhsil imkanları barədə məlumat verilib

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Daxili İşlər Nazirliyi (DİN) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Ağdaş, Ağsu, Göyçay, eləcə də Ucar rayonlarında yerləşən orta məktəblərin IX–XI sinif şagirdləri ilə görüşlər keçirilib.

Tədbirlərdə iştirakçılara DİN-in Polis Akademiyasında və Daxili Qoşunların Hərbi İnstitutunda təhsil imkanları, tədris prosesləri və daxili işlər orqanlarında xidmətin üstünlükləri haqqında ətraflı məlumat verilib.

DİN-dən XQ-ə bildirilib ki, həmçinin məktəblilərə təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdirilib və məlumatlandırıcı bukletlər təqdim olunub.

Görüşlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
2
xalqqazeti.az

4Mənbələr