AZ

Rəşad Dağlı Ağakərimin məzarına əklil göndərtdi

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Ötən gün vəfat edən meyxanaçı Ağakərim (Kərim Novruzov) dəfn edilib.

BAKU.WS xəbər verir ki, bəzi meyxanaçılar mərhum həmkarlarının qəbrinə əklil göndəriblər.

Onlar arasında hazırda həbsdə olan məşhur meyxanaçı Rəşad Dağlının adından göndərilən əklil də olub.

Mərhumun nəşi Maştağa kənd qəbiristanlığında torpağa tapşırılıb. Daha sonra həmkarlarının göndərdiyi əklillər Ağakərimin qəbri üzərinə düzülüb.

Fotonu report.az saytı yayıb.

Xatırladaq ki, Ağakərim (Kərim Novruzov) uzun illərdir idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
127
1
baku.ws

2Mənbələr