Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Alimlər kosmik obyekt "3I/ATLAS"da eyri-adi enerji sıçrayışı aşkarlayıblar.Bizim.Media bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, "3I/ATLAS”ın Yerə maksimal yaxınlaşmasının hesablanmış anına cəmi 3 saat 20 dəqiqə qalmış Şuman rezonanslarında 25 Hz tezlikli siqnal qeydə alınıb.
“Onların ulduzlararası obyektin Yerə ən yaxın olduğu anla tam üst-üstə düşməsi, mənim fikrimcə, adi təsadüf sayıla bilməz ”,- “All Day Astronomy” nəşrinin astronom eksperti bildirib.Qeyd edək ki, 19 dekabr tarixində ulduzlararası kometa “3I/ATLAS” Yerdən 270 milyon kilometr məsafədən keçib və hazırda ondan uzaqlaşır.
Mütəxəssislər “3I/ATLAS”ın meydana çıxmasını 2025-ci il iyulun 1-də müşahidə ediblər və həmin vaxtdan etibarən onun yaxınlaşmasını diqqətlə izləyiblər. Obyektin əsas xüsusiyyəti onun Günəş sisteminə kənardan daxil olmasıdır.
Bu, müşahidələr tarixində qeydə alınmış üçüncü ulduzlararası obyektdir.Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.