AZ

Gələcəyin kursantları ilə görüşlər davam etdirilir FOTOLAR

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Daxili İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Ağdaş, Ağsu, Göyçay, eləcə də Ucar rayonlarında yerləşən orta məktəblərin IX–XI sinif şagirdləri ilə görüşlər keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirlərdə iştirakçılara Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Daxili Qoşunların Hərbi İnstitutunda təhsil imkanları, tədris prosesləri və daxili işlər orqanlarında xidmətin üstünlükləri haqqında ətraflı məlumat verilib. Həmçinin məktəblilərə təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdirilib və məlumatlandırıcı bukletlər təqdim olunub. Görüşlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
2
avtosfer.az

3Mənbələr