AZ

400 minə yaxın keçmiş məcburi köçkünə ŞAD XƏBƏR-DİQQƏT

Bildirilir ki, keçmiş məcburi köçkünlərə ödənilən aylıq sosial müavinət onların hesablarına köçürülüb. Əməliyyat bir neçə saat əvvəl həyata keçirilib.

QEY EDƏK Kİ,  məcburi köçkün statusu olan şəxslər hər ay dövlətdən 60 manat müavinət alırlar.

Bu vəsait onlara kommunal xərcləri ödəmək üçün verilir. Köçkünlərin öz aralarında "çörəkpulu" adlandırdıqları bu pul hər ayın 25-dən sonra ödənilir. Amma Yeni il bayramı ilə əlaqədar olaraq bu dəfə ödəniş vaxtından bir neçə gün əvvəl reallaşıb.

Qeyd edək ki, keçmiş məcburi köçkünlər daimi yaşayış yeri ilə təmin olunduqdan uç il sonra onlara verilən sosial müavinət dayandırılır.

Hazırda ölkədə 400 minə yaxın keçmiş məcburi köçkün dövlətdən sosial müavinət alır.


Səbinə Hüseynova


Seçilən
38
9
azia.az

9Mənbələr