Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanın Böyük Britaniya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 6,3 %-dən 8,7%-ə qalxıb. 9 ay ərzində Böyük Britaniya isə Azərbaycan iqtisadiyyatına 1 milyard 243 milyon 118 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 4,7% azdır. 2025-ci ilin yanvar-sentyabr aylarında Böyük Britaniyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 28,8%-dən 26,2%-ə düşüb. Xatırladaq ki, yanvar-sentyabr aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 2 milyard 038 milyon 685 min ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 47,6% çox), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 4 milyard 522 milyon 578 min ABŞ dolları (4,7% çox) təşkil edib. AzVision.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.