AZ

Monteneqro ilə iqtisadi əməkdaşlıq əsas istiqamətlərdən biridir - Ceyhun Bayramov

Bakı. Trend:

İqtisadi əməkdaşlıq ənənəvi olaraq Azərbaycan və Monteneqroarasındakı münasibətlərdə vacib yer tutur və dövlət siyasətininprioritet istiqamətlərindən biridir.

Trend-inməlumatına görə, bunu Azərbaycan Xarici İşlər Naziri CeyhunBayramov bu gün Monteneqro Baş nazirinin müavini, Xarici İşlərNaziri Ervin İbraimoviç ilə birgə keçirilən mətbuat konfransındabildirib.

Nazirin sözlərinə görə, Azərbaycan tərəfi bu istiqamətə xüsusiönəm verir.

“Keçirilən müzakirələr çərçivəsində, həmçinin hökumətlərarasıkomissiya formatında geniş spektrli məsələlər ətraflı şəkildəmüzakirə olunub. Xüsusilə ticarət dövriyyəsi, qarşılıqlıüstünlüklərin təmin olunması və əməkdaşlığın genişləndirilməsimövzuları gündəmə gətirilib”, — deyə Ceyhun Bayramov bildirib.

Nazir həmçinin vurğulayıb ki, qarşılıqlı investisiyaların həcmiümidverici dinamika göstərir.

“Xüsusilə Azərbaycan üçün turizm sektoru perspektivli sahədir.Yeni imkanlar və investisiya layihələri qeyd olunub və investorlariştirak etməyə dəvət olunub. Həmçinin ixtisaslaşmış qurumlar vəmüvafiq təşkilatlar arasında turizm sahəsində birbaşa əməkdaşlığıninkişaf etdirilməsi vurğulanıb”, — deyə o əlavə edib.

Seçilən
92
2
az.trend.az

3Mənbələr