AZ

Keçmiş ərinin həbsindən sonra TV-dən uzaqlaşmaq qərarına gəldi

Türkiyədə Show TV-nin əsas xəbər buraxılışının aparıcısı Pınar Erbaş şəxsi səbəblərdən bir müddət ekranlardan uzaq qalacağını açıqlayıb.

KONKRET.az xəbər verir ki, Erbaş narkotik və psixatrop maddə almaq, saxlamaq və istifadə etmək, bunun üçün yer təşkil etmək, eləcə də əxlaqsızlıq təşkilində ittiham olunan “Habertürk” kanalının baş redaktoru olmuş Mehmet Akif Ersoyun keçmiş xanımıdır.

Cütlük 2022-ci ildə evlənib, 8 ay sonra boşanmışdı.

Sosial mediada paylaşımında Pınar Erbaş yaşadığı emosional yorğunluq, gündəlik xəbərlərin ağırlığı səbəbindən işini davam etdirməkdə çətinlik çəkdiyini bildirib:

“Həyatımın bir dövrünün yalan, aldatmaca və quramalarla keçdiyi kimi həqiqətlə üzləşirəm. Günlərdir yuxusuz bir şəkildə mənim üçün sarsıcı və təsvir edilməyəcək qədər ağır xəbərləri təqdim edirəm. İlk günlər dözə biləcəyimi, işimi axsatmadan həyatımı davam etdirə biləcəyimi düşündüm. Lakin gücüm tükəndi”, xəbər spikeri yazıb.

“X” hesabında etdiyi paylaşımda o, “buna görə bir müddət ekrandan ayrı qalmaq üçün icazə istədim. Bu tələbi anlayışla qarşıladıqları və vəziyyətimə həssaslıq göstərdikləri üçün rəhbərliyimə təşəkkür edirəm”, – deyə əlavə edib.

Seçilən
23
4
konkret.az

5Mənbələr