AZ

''Fənərbaxça'' prezidenti ifadə verməyə çağırıldı!

Türkiyədə tək oyunlara pul qoyuluşu, yəni idman sahəsində yox, digər sahələrdə də ciddi araşdırmalar, istintaqlar gedir.

"Football-plus.az" xəbər verir ki, narkotik maddələrin istifadəsi və satışı ilə bağlı araşdırmada son vaxtlar bir çox məşhur şəxslərin, şou biznes nümayəndələrinin ifadələri alınıb.

Maraqlıdı ki, prokurorluğun qərarı ''Fənərbaxça''nın prezidenti, tanınmış iş adamı Sadəttin Saran da ifadə vermək üçün ədliyyəyə dəvət olunub. Bu qərar ''Fənərbaxça''da böyük ajiotaj doğurub. İddialara inansaq, Saranın evində axtarışlar aparılıb. ''Fənər''in prezidenti dünən İtaliyada idi. O, basketbol üzrə Avroliqa turniri çərçivəsində ''Fənərbaxça''nın səfərdə ''Milan''a qarşı oyununu tribunadan izlədi. Saran bu hadisədən xəbər tutan kimi vəkili vasitəsilə ''Türkiyəyə dönəcəm və ifadəmi verəcəm, heç nədən çəkinmirəm'' açıqlamasını verib.

Saran bu gün səhər saatlarında xüsusi təyyarə ilə İstanbula gəlib. Atatürk hava limanında onu klub rəsmiləri və fanatlar qarşılayıblar. Qısa açıqlama verərək ''fanatlara təşəkkür edirəm, yaxşı ki, varsız'' deyən klub başqanı daha sonra maşına əyləşərək ifadə vermək üçün ədliyyəyə yollanıb.

Seçilən
96
football-plus.az

1Mənbələr