Cənubi Xorasan əyalətində şəfərdə olan İran Prezidenti Məsud Pezeşkianın ziyalılarla keçirdiyi görüşdə Bircənd şəhərindən olan şair Mürtəza Hüseyni İsfad prezidentin subaylığı və tənhalığı mövzusunda şeir söyləyib.
Turkustan.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Azad İran teleqram kanal görüntülər yayıb.
Bu şeirdə o, yumor tərzində deyib:
“Sənin subaylığın və tənhalığın məni öldürəcək.
Sənin üçün qolumu çırmalayacağam, Pezeşkian“.