Konsulluq sahəsində imzalanmış Anlaşma Memorandumu gələcək əməkdaşlıq üçün geniş imkanlar yaradır. Bizim çoxtərəfli əməkdaşlığımız uğurlu şəkildə davam edir.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Monteneqronun Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirilən brifinqdə söyləyib.