AZ

“Qalatasaray” “Qarabağ”ın rəqibini zəiflədəcək?

“Qalatasaray” “Ayntraxt”ın hücumçusu Elya Vai ilə maraqlanır.

Publika.az xəbər verir ki, jurnalist Ekrem Konur sosial media hesabında yazıb ki, 22 yaşlı fransız hücumçu bu qış Türkiyə klubuna icarəyə verilə bilər.

Mənbənin məlumatına görə, “Qalatasaray” onu almaq hüququ ilə icarəyə götürmək istəyir, lakin “Ayntraxt” yalnız sonrakı satış olmadan icarə variantını nəzərdən keçirməyə hazırdır.

Ella Vai ilə “Napoli”, “Atletiko Madrid” və “Borussiya Dortmund” da maraqlanır. Hücumçu bu ilin yanvar ayında “Marsel”dən 26 milyon avroya “Ayntraxt Frankfurt”a keçib. O vaxtdan bəri o, Frankfurt klubunda 25 oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib.

Seçilən
111
publika.az

1Mənbələr