AZ

Ceyhun Bayramov: Hazırda Monteneqro ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən 22 saziş mövcuddur

Azərbaycanla Monteneqro arasındakı münasibətlər iki dost ölkə və xalq arasında formalaşmış səmimi və qarşılıqlı etimada əsaslanan əlaqələrdir. Bu münasibətlər artıq onilliklərdir ki müxtəlif sahələr üzrə uğurla inkişaf edən əməkdaşlıqla xarakterizə olunur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov monteneqrolu həmkarı Ervin İbrahimoviç ilə keçirilən brifinqdə söyləyib.

O bildirib ki, iki ölkənin Xarici İşlər nazirlikləri arasında mütəmadi siyasi məsləhətləşmələr aparılır. Hazırda Monteneqro ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən 22 saziş mövcuddur.

Seçilən
34
6
azerbaijan-news.az

5Mənbələr