Monteneqronun NATO üzvü olmasını nəzərə alaraq, bu istiqamətdə də həmkarımla müzakirələr apardıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov monteneqrolu həmkarı Ervin İbrahimoviç ilə keçirilən brifinqdə söyləyib.
Ceyhun Bayramov bildirib ki, həmkarını Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, dayanıqlı sülhün təmin olunması, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən işlər barədə məlumatlandırıb.