“Yarışın keçirilməsində əsas məqsəd idmanın kütləviliyinə nail olmaq, eyni zamanda sağlam həyat tərzini təbliğ etməkdir”.
Apasport.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.
O, “Üzgüçülük hamı üçün” turnirinin dördüncü dəfə təşkil olunduğunu bildirib: “Yarışda həvəskar idmançılar da iştirak edirlər. Bölgələrdəki hovuzlarda fərqlənən idmançılar növbəti ilin yanvar ayında keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. Sevindirici haldır ki, artıq üçüncü dəfədir qardaş ölkə Türkiyədən olan idmançılar da turnirdə çıxış edirlər. Arenadan da göründüyü kimi, yarışa maraq böyükdür”.
Azərbaycanlı xanəndə Avropa çempionu olub
Azərbaycanlı məşqçi faciəvi şəkildə vəfat edib
Üzgüçülük üzrə ölkə çempionatının növbəti qalibləri bəlli olub
Üzgüçülük üzrə ölkə çempionatı start götürüb
İdmanda dopinqlə mübarizə üzrə dünya konfransı keçirilib