Fransanın milli dəmiryol şirkəti “SNCF”də 2026-cı ildə tətil ehtimalı artıq gündəmdədir. BFM TV-nin məlumatına görə, “Sud Rail” həmkarlar ittifaqı yanvarın 13-nə tətil xəbərdarlığı elan edib.
Avtosfer.az xəbər verir ki, bu çağırış “SNCF”nin yeni prezidenti Jan Kasteksin bütün dəmiryolçulara 400 avro məbləğində birdəfəlik mükafat ayırması fonunda səsləndirilib.
“Sud Rail” həmkarlar ittifaqı hesab edir ki, SNCF 2025-ci ili 2 milyard avrodan çox mənfəətlə başa vurur. Buna görə də daimi maaş artımı mümkündür.
Təşkilat 2026-cı ildə “SNCF”nin əməkhaqqı siyasətində köklü dəyişiklik gözlədiyini bəyan edib.