AZ

“Övladımı bu cəmiyyətdə böyütmək…”

Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan model Günay Musayeva oğlu Cahangirin atası, aktyor Tolqa Karelə səslənərək, övladını xaricə aparmasına icazə verməsini istəyib. Tolqa isə ona cavab olaraq, övladının türkiyədə qalmasını istədiyini, icazə kağızını imzalamayacağını deyib. O, Günayı narkotik istifadə etməkdə, spirtli içki aludəçisi olmaqda günahlandırıb.

Axşam.az xəbər verir ki, Günay insanların bu məsələdə ona dəstək olduqlarını deyib:

“Mesajlarınız və rəyləriniz qadınların bu gün nə qədər güclü və səmimi şəkildə bir-birinin yanında olduğunu açıq şəkildə göstərdi. Bu dəstəyi ürəyimdə daşıyaraq işimə qayıdıram, bu anı yaşayaraq yoluma davam edirəm. Övladımı səsi ilə cəmiyyəti dəyişdirən, varlığı ilə istiqamət verən Türkiyənin qadınlarının formalaşdırdığı bir dünyada böyütməyin verdiyi rahatlıq və sakitliyi hiss edirəm”.

Qeyd edək ki, aktyorun ilk evliliyi Günay Musayeva ilə olub. Onların Cahangir adlı oğulları var. Günay və Tolqa 2015-ci ildə ayrılıb. Aktyor ikinci dəfə ailə qurandan sonra Amerikaya köçüb. Tolqanın bu evliliyindən daha 5 övladı var. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
112
axsam.az

1Mənbələr