AZ

İlk köç karvanı Kərkicahan qəsəbəsinə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu gün doğma yurduna yola salınan köç karvanı Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə çatıb...

Poliqon xəbər verir ki, köç edən ailələrə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Xankəndi şəhərində, AğdərəXocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə dekabrın 20-də ilk köç karvanı yola salınıb.

"Report" xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu mərhələdə Kərkicahan qəsəbəsinə 30 ailə (115 nəfər) köçür.

Poliqon.info

 

Seçilən
33
3
poliqon.info

10Mənbələr