AZ

Ağır xəstəlikdən sonra dünyasını dəyişən meyxanaçı Ağakərimlə bağlı 42 illik dostu NƏLƏRİ ETİRAF ETDİ?

ain.az bildirir, Oxu.az portalına istinadən.

0:00

/

1:21

x1

"Ağakərimdən yoxdur. O həm gözəl şair, yaxşı meyxana deyən, yaxşı şəxsiyyət idi".

Bunu meyxanaçı Ağakərimin dəfn mərasimində Oxu.Az-a mərhumun dostu və həmkarı Ağamirzə Məmmədov deyib.

O bildirib ki, Ağakərimdə olan avazdan keç kimdə yox idi:

"Hələ mən onda olan avazı heç kimdən eşitməmişəm. Onda olan söz, avaz, kəsər demək olar ki, heç kimdə yoxdur.

Bu gün onun yoxluğu bizi çox pis elədi. Tək mənə, ailəsinə yox, bizim millətimiz üçün ağır itki oldu. Sonu da bura... Qurtardı. Bu da filmin sonu".

Meyxanaçı Ağamirzə qeyd edib ki, onu Ağakərimlə 1983-cü ildə Ağasəlim Çıldaq tanış edib:

"O zamandan Kərimlə məclislərdə, orada-burada gözəl günlərimiz oldu. Ən gözəl günümüz Məkkə şəhərində oldu. Biz Mədinədə peyğəmbərin məzarını ziyarət elədik, Məkkə şəhərində ibadət elədik. Hər şey gözəl gedirdi. Həyatın bu üzü də var. Nə etmək olar?" Həyat budur".

O bildirib ki, əvvəldən Ağakərimlə bağlı təəssüratlarım çox yaxşı olub:

"Bu səkkiz ildə Ağakərim çox əziyyət çəkdi, onlarınkı gətirmədi də. Anası rəhmətə getdi, bundan xəbər tutmadı, bir müddət keçdikdən sonra dedik. Bundan bir az keçdi, qardaşı rəhmətə getdi. Onu da demədik, bilmədi".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
97
oxu.az

1Mənbələr