AZ

Fərid Qayıbov: Sevindirici hal odur ki, yarışda türkiyəli idmançılar artıq üçüncü dəfə iştirak edirlər  

Yarışın keçirilməsində əsas məqsəd idmanın kütləviliyinə nail olmaq, eyni zamanda, sağlam həyat tərzinin təbliğini aparmaqdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib. O, “Üzgüçülük hamı üçün” layihəsinin dördüncü dəfə təşkil edildiyini xatırladaraq deyib: “Yarışda həvəskar idmançılar da çıxış edirlər. Bölgələrdəki hovuzlarda fərqlənmiş idmançılar növbəti ilin yanvar ayında final mərhələsinə qatılacaqlar. Sevindirici hal odur ki, artıq üçüncü dəfə qardaş ölkə Türkiyədən olan idmançılar da iştirak edirlər. Arenadan göründüyü kimi, yarışa maraq böyükdür.

Seçilən
42
1
azerbaijan-news.az

2Mənbələr