AZ

Ağsuda 14 yaşlı qıza əxlaqsız hərəkətlər edənlər həbs olundu

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

Ağsu rayonunda yetkinlik yaşına çatmayan şəxslə bağlı törədilmiş qanunazidd əməllərə görə iki nəfər cinayət məsuliyyətinə cəlb edilib. 

Lent.az-ın məlumatına görə, rayonda iki nəfər rayon sakini 14 yaşlı Günel Məmmədovaya (ad və soyad şərtidir) qarşı əxlaqa və qanunvericiliyin tələblərinə zidd hərəkətlər törədib. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı V.İlyasov və 26 yaşlı R.Vəlizadə müəyyən olunaraq saxlanılıblar. 

Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onlar təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tədbirləri aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
30
lent.az

10Mənbələr