Balıkesirin (Türkiyə) Manyas bölgəsində boş bir əraziyə Pilotsuz Uçuş Aparatı(PUA) düşüb.
Publika.az İHA-ya istinadən xəbər verir ki, Salur məhəlləsindəki boş əraziyə düşən dronu ilk görən tarlada çalışan fəhlələr olublar.
Onlar dərhal səlahiyyətli orqanlara xəbər veriblər.
PUA-nın Rusiyaya məxsus olduğu ehtimal edilsə də, dəqiq məlumat texniki araşdırmalardan sonra açıqlanacaq.