AZ

Məhkəmədən İlon Maskı sevindirən qərar: Sərvətinə sərvət qatacaq

ABŞ məhkəməsi milyarder İlon Maskın xeyrinə qərar qəbul edib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Delaver Ali Məhkəməsi Maskın 2018-ci il baş direktorunun əmək haqqı paketinə qarşı apelyasiya şikayəti ilə bağlı qərarını verib.

Qərarda bildirilir ki, aşağı məhkəmənin maaş paketinin ləğv edilməsi istiqamətində qərarı ləğv edilib və 1 dollarlıq simvolik təzminat ödənməsinə hökm edilib.
Keçən ilin yanvar ayında Delaver hakimi Ketlin Makkormik Muskın təxminən 56 milyard dollarlıq əmək haqqı paketinin ləğv edilməsinin yolunu açıb. Hakim bu rəqəmi "ağlasığmaz məbləğ" adlandırıb.

Mask sosial media paylaşımında "Şirkətinizi heç vaxt Delaverdə qurmayın" deyib və daha sonra şirkəti Texasa köçürmək planlarını açıqlayıb.
Ötən ilin əvvəlində əvvəlcə təxminən 56 milyard dollar olduğu təxmin edilən əmək haqqı paketinin dəyərinin Tesla şirkətinin səhm qiymətinin artması səbəbindən hazırda 100 milyard dolları keçdiyi təxmin edilir.

Qeyd edək ki, İlon Mask “Tesla”nın baş direktoru (CEO) kimi 2018-ci ildə çox böyük bir əmək haqqı paketi almışdı. Bu paket əsasən maaş yox, Tesla səhmləri (bonus şəklində) idi və dəyəri sonradan təxminən 55–56 milyard dollara çatdı.

Bu, ABŞ tarixində ən böyük rəhbər maaş paketi sayılırdı. Bəzi Tesla səhmdarları bildirib ki, bu paket ədalətli deyil. Səhmdarlar ötən ilin iyununda Maskın milyardlarla dollarlıq əmək haqqı paketini və şirkətin Texasa köçürülməsi təkliflərini ləğv etmək üçün səsvermə keçiriblər.

Billurə
 

Seçilən
110
1
olke.az

2Mənbələr