Misli Premyer Liqasının XVI turunda keçirilən “Karvan-Yevlax” – “Neftçi” matçından sonra xoşagəlməz hadisə baş verib.
İdmanxeber.az xəbər verir ki, qonaq komandanın azarkeşləri ev sahibinin avtobusuna öz işarələrini qoyublar.
Belə ki, onlar nəqliyyat vasitəsinin üzərindəki “Karvan-Yevlax” loqosunun üstünə öz qruplarının emblemini yapışdırıblar.
Bundan əlavə, fanatlar avtobusun üzərinə “Forza” sözünü yazıblar.
Həsən Quluzadə


