AZ

“Qarabağ” yetim uşaq kimi qalıb ortada” - Nəriman məsələsi

Problem odur ki, hər zaman “Qarabağ”dan nəsə gözləyirik. “Qarabağ” yetim uşaq kimi qalıb ortada. Bilirsiniz, hamı yüklənib “Qarabağ”a. Hamı Qurban Qurbanovdan, “Qarabağ”dan tələb edir. Hamı onları asıb-kəsir. Digər klublarımızım Azərbaycanın deyil? Bu qədər təzyiqin 10 faizi onların üzərində olub? Yox. Mən başa düşürəm, “Qarabağ”ın uğurları var deyə, üzərinə təzyiq çoxdur. Amma təzyiq və tənqid ədalətli olmalıdır.

Ölkə.Az-ın məlumatına görə, bunu tanınmış jurnalist, Qol.Az saytının baş redaktoru Aydın Bağırov deyib.

Ekspert vurğulayıb ki, bu qədər işlər görən insanların əziyyəti belə asanlıqla baltalamamalıdır: "Bu gün Qurban Qurbanovu mühakimə edirlər ki, Nərimanı niyə müdafiə edir? Həmin fikri səsləndirən azarkeş bir dəfə özünü düşünsün: o səhv edib və rəhbəri onu müdafiə etmir, çıxır ictimaiyyətin qarşısında onu biabır edir. Buna necə yanaşacaqsan? Qurban Qurbanov nə etməlidir? Nəriman ona bala kimidir, onun mənəvi atası kimidir. Azarkeşlərin tənqidində haqlı tərəflər var. Amma futbolçusuna da sahib çıxmağı bacarmalıdır. “Asım-kəsimlə” olmamalıdır, onu qorumalıdır. Tənqidin əndazəsi, mədəniyyəti olmalıdır. Tənqidlər artıq təhqir səviyyəsinə çatıb. Biz fikirləşirik ki, o uşağa nə qədər zərər vururuq?! Qurban Qurbanov azarkeşlərin fikri ilə hərəkət etsəydi, “Qarabağ”ın bir dənə uğuru olmayacaqdı". 

Ölkə.Az

Seçilən
105
50
olke.az

10Mənbələr