AZ

Danimarka klubunun hücumçusu Avropa nəhənglərinin hədəfində

Sportal.az saytına istinadən ain.az xəbər verir.

“Midtyullan”ın hücumçusu Frankulinu yaxın zamanda klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, 21 yaşlı futbolçu ilə “Liverpul”, “Bavariya” və “Borussiya” maraqlanır. Bu barədə jurnalist Kristian Falk məlumat yayıb.

Danimarka klubunun rəhbərliyi futbolçusunun transferindən təxminən 25–30 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Qvineyalı forvardın “canavarlar”la mövcud müqaviləsi 30 iyun 2029-cu il tarixinədək qüvvədədir.

Frankulinu bu mövsüm “Midtyullan”ın heyətində 30 oyuna çıxıb, 21 qol vurub və 3 məhsuldar ötürmə edib.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
1
sportal.az

2Mənbələr