AZ

Azərbaycandan Ermənistana Aİ 95 markalı benzin göndərilməsi klassik iqtisadi davranışdan ibarət deyil

ain.az bildirir, Bizimyol portalına istinadən.

SOCAR ilk dəfə yerli istehsal olunan neft məhsulunun Ermənistana tədarükünü həyata keçirib. "APA-Economics"in məlumatına görə, 22 vaqonda yüklənmiş 1 220 ton Aİ-95 markalı benzin Bakı Yük Stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb və Gürcüstan ərazisindən keçməklə Ermənistana çatdırılacaq. Gürcüstanın İqtisadiyyat Nazirliyi bildirib ki, tranzit üçün müraciət dekabrın 5-də alınıb və Baş nazirin göstərişi ilə yanacaq yükləri ölkə ərazisindən tamamilə pulsuz daşınıb.SOCAR-ın Ermənistana Aİ-95 markalı benzin ixracının arxasında hansı iqtisadi və strateji məqsədlər dayanır?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, bu ixracın həcmi gələcəkdə artırılacaq.

Eldəniz Əmirov

“Azərbaycanın Ermənistana 22 vaqon Aİ-95 markalı benzin göndərməsi klassik iqtisadi davranış deyildir. Bu, Azərbaycanın sülh gündəliyinə sadiqliyinin və konstruktiv mövqeyinin bariz nümunəsi və nəticə etibarilə doğru bir siyasi addım idi. Büdcəsi 40 milyard dollardan çox olan bir ölkə üçün bir neçə milyon dollarlıq ixrac böyük rəqəm sayılmır. Üstəlik, bu ixracdan gələn vəsait də Azərbaycana qaytarılır. Əsas məsələ iqtisadi deyil, siyasi və simvolik xarakter daşıyır. Bu addım həm Ermənistan ictimaiyyətinə və müxalifətinə, həm də ümumilikdə cəmiyyətə bir siqnaldır: Azərbaycan Ermənistanın enerji təhlükəsizliyində rol oynamaq gücünə və imkanına malikdir. Gələcəkdə də bu imkan getdikcə artırılacaq”-deyə iqtisadçı-ekspert Eldəniz Əmirov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
bizimyol.info

1Mənbələr