AZ

İsraildə İrana işləyən rus casusu yaxalandı - limanların şəkillərini Tehrana satıb...


İsrail və İran arasında 12 günlük müharibədən sonra döyüşlər dayandırılsa da, gərginlik davam edir. Belə ki, İsrailin daxili təhlükəsizlik agentliyi Şin Bet, İrana casusluq etməkdə şübhəli bilinən bir Rusiya vətəndaşının həbs olunduğunu açıqlayıb.

30 yaşlı Rusiya vətəndaşı Vitali Zvyaqinçev dekabrın əvvəlində, İran kəşfiyyatının təlimatı ilə İsrail limanlarının və infrastrukturunun fotoşəkillərini çəkərkən saxlanılıb. İsraildə əcnəbi işçi kimi çalışan Zvyaqinçev, özünü Roman adlı rus kimi təqdim edən İran kəşfiyyat zabiti ilə təmasda olub. Məlumata görə, ona oktyabr ayından bəri ölkə daxilində müşahidə missiyaları aparmaq tapşırılıb.

İddialara görə, Zvyaqinçev İsrailin müxtəlif limanlarındakı həssas infrastrukturun və gəmilərin fotoşəkillərini göndərib və bunun müqabilində kriptovalyuta ilə ödəniş alıb. İsrail təhlükəsizlik rəsmiləri bildiriblər ki, Zvyaqinçev bu məlumatların İsrailə zərər vurmaqla bağlı olduğunu başa düşsə də, pula görə, yenə də öz fəaliyyətini davam etdirib.

TAHİR

Seçilən
69
baki-xeber.com

1Mənbələr