AZ

İtaliya klubunun futbolçusu 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

İtaliya Superkubokunun yarımfinalında “Bolonya” “İnter”lə 1:1 hesablı heç-heçə edib və penaltilərdə 4:3 qalib gələrək finala yüksəlib.

90deqiqe.Az xəbər verir ki, bu görüşdə zədələnən komandanın əsas hücum yarımmüdafiəçisi Federiko Bernardeskinin açıq sınıq aldığı müəyyənləşib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Oyunçu təxminən 6 həftə kənarda olacaq və əməliyyat çərşənbə günü həyata keçiriləcək. Bu səbəbdən Bernardeski gələn bazar ertəsi “Napoli” ilə keçiriləcək Superkubok finalında komandaya kömək edə bilməyəcək.

Mövsüm ərzində 22 oyunda 4 qol vuran Bernardeski “Bolonya”nın hücumunda əsas fiqurlardan biridir və onun yoxluğu final qarşılaşmasında komanda üçün ciddi itki hesab olunur.

Seçilən
60
90deqiqe.az

1Mənbələr