Bakı. Trend:
Türkiyə Superliqasında XVII turun oyunları keçirilir.
Trend-inməlumatına görə, "Fənərbağça" bu tur "Eyüpspor"un qonağı olub.Görüş İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başaçatıb.
Qolları Anderson Taliska, Marko Asensio və Con Duran vurublar.Bu nəticədən sonra xallarını 39-a çatdıran "Fənərbağça" liderliyəyüksəlib.
Günün ilk matçında "Konyaspor" "Kayserispor"la heç-heçə edib -1:1.