AZ

Aİ Ukraynanı maliyyələşdirmək üçün hər il bu qədər vəsait ayıracaq

Avropa İttifaqı (Aİ) Ukraynaya maliyyələşdirməni davam etdirmək üçün ildə təxminən 3 milyard avro ödəyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Qeyd edilib ki, 2028-ci ildən başlayaraq Aİ əsasən Aİ üzvü hökumətləri tərəfindən maliyyələşdirilən yeddi illik büdcəsi üzrə hər il 3 milyard avro faiz ödəyəcək. Faiz ödənişləri 2027-ci ildə başlayacaq, lakin cəmi 1 milyard avroya başa gələcək.

Qeyd olunur ki, münaqişə həll edildikdən sonra Kiyevin krediti geri ödəmə qabiliyyəti ehtimalı azdır, bu da Aİ-nin borcu davamlı olaraq yenidən maliyyələşdirməli və ya onu ödəmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etməli olacağı deməkdir.

Əli Hüseynov

Seçilən
90
1
bakivaxti.az

2Mənbələr