AZ

Avtobus qaz xəttinə çırpıldı, 157 ev qazsız qaldı

Ordubad rayonunda avtobusun qaz xəttinə çırpılması nəticəsində orta təzyiqli qaz xətti (dairəvi xətt) qırılıb.

Azreform.info APA-ya istinadla xəbər verir ki, hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə M.F.Axundov küçəsində, Kolanı kəndində 157 abonentin qaz təchizatı dayandırılıb.

Nüsnüs kəndində 516, Yuxarı və Aşağı Əndəmic kəndlərində 416, Gənzə və Anabat kəndlərində 335 abonentdə qaz təzyiqində azalma müşahidə olunacaq.

Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

Seçilən
61
17
azreform.info

10Mənbələr