AZ

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyə kəşfiyyat rəisi İbrahim Kalın İstanbulda HƏMAS-ın yüksək vəzifəli üzvü Xəlil əl-Haya ilə görüşüb.

Bizimyol.info xəbər verir ki, "Reuters"in məlumatına görə, bu barədə Türkiyə təhlükəsizlik xidmətlərindəki mənbələr məlumat verib.

Tərəflər ABŞ prezidenti Donald Trampın Qəzzada atəşkəs üçün sülh planının ikinci mərhələsinin irəliləməsi üçün lazım olan addımları müzakirə ediblər. Mənbələrin məlumatına görə, onlar həmçinin HƏMAS-ın İsrail tərəfindən "atəşkəs pozuntuları" ilə bağlı şikayətlərini də müzakirə ediblər.

Bundan əlavə, Trampın planının daha da həyata keçirilməsinə hazırlıq məqsədilə mövcud problemlərin həlli mövzusu qaldırılıb.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
72
bizimyol.info

1Mənbələr