Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ondan saç və qan nümunələrinin götürülməsi üçün məhkəmə-tibbi ekspertiza qurumuna göndərilib
"Fənərbaxça" klubunun prezidenti Sadettin Saran sərbəst buraxılıb. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, Saranın prokurorluqdakı dindirilməsi başa çatdıqdan sonra ondan saç və qan nümunələrinin götürülməsi üçün məhkəmə-tibbi ekspertiza qurumuna göndərilib. Prosedurlar tamamlandıqdan sonra o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Qeyd edək ki, “Narkotik” istintaqı çərçivəsində “şübhəli” statusu ilə İstanbul Baş Prokurorluğu tərəfindən ifadəyə çağırılan "Fənərbaxça" klubunun prezidenti Sadettin Saran məhkəmədə ifadə verib. Onun ifadəsi tamamlanıb və proses təxminən 2 saat davam edib. Klub prezidenti, prokurorluqdakı sorğusunun tamamlanmasından sonra saç və qan nümunələrinin götürülməsi üçün Forensik Tibb İnstitutuna aparılıb.
Xatırladaq ki, Sadettin Saran bu ilin sentyabr ayında "Fənərbaxça"nın prezidenti seçilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.