AZ

ABL: “Sabah” uduzdu, “Gəncə” Şəkidə sevindi – ARENA.AZ

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də iki qarşılaşma baş tutub.

A qrupunda yer almış “Gəncə” “Şəki”nin qonağı olub. Şəki Olimpiya İdman Kompleksində keçirilmiş oyunda yerli komanda 73:78 hesabı ilə uduzub.

Günün və A qrupunun digər oyununda “Abşeron Lions” son çempion və lider “Sabah”la qarşılaşıb. Bakı İdman Sarayında baş tutmuş oyunda Abşeron təmsilçisi 101:97 hesablı qələbəyə sevinib.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Sərhədçi” “Sumqayıt”ı (86:83), “Naxçıvan” “Quba”nı (78:69), “Ordu” “Lənkəran”ı (84:72) məğlub etmişdi. 10-cu tura dekabrın 21-də yekun vurulacaq.

A qrupu: Abşeron Lions – 19. Sabah – 17. Gəncə – 14. Neftçi – 12. Şəki – 12. NTD – 10.

B qrupu: Ordu – 20. Naxçıvan – 18. Quba – 14. Sərhədçi – 13. Lənkəran – 13. Sumqayıt – 11.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Seçilən
26
4
arena.az

10Mənbələr