Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda HƏMAS təşkilatının nümayəndə heyətini qəbul edib.
Publika.az xəbər verir ki, "Qəzzada atəşkəs Sazişi" çərçivəsində keçirilən görüşdə HƏMAS nümayəndə heyəti atəşkəs qaydalarına riayət etdiklərini bildirib və İsrail tərəfinin törətdiyi pozuntular barədə məlumat verib.
Türkiyənin Qəzzada atəşkəsin tətbiqi istiqamətində qarant ölkə kimi intensiv səyləri vurğulanıb.