AZ

"Bir xala görə şikayətçi deyilik" - Rəşad Sadıqov

"Zirə" Misli premyer-liqasının evdə keçirilən 16-cı tur matçında "İmişli" ilə heç-heçə etdi - 0:0.

"Football-plus.az" xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Oyun gözlədiyimiz kimi keçdi. Rəqib daha çox müdafiə olundu, biz də bunu yarmağa çalışdıq. Vurduğumuz qol sayılmadı. Birinci hissədə nəzarət bizdə idi. İkinci yarıda daha sürətli futbol izlədik, bir neçə qol epizodumuz oldu. Vacib xallar itirdik. Artıq fasiləyə gedirik. Futbolçularımdan ümumilikdə razıyam. Son matçlarda hücum xəttində bir az problemlər yaşayırıq. 11-12 oyundu ki, əsas hücumçumuzdan istifadə edə bilmirik. Çox itkilər var. Bu da istədiyimiz heyətlə meydana çıxmağa problem yaradır. Ümidvaram ki, qışdan sonra bu qədər problem yaşamarıq.

- İkinci oyundu ki, "İmişli"ni məğlub edə bilmirsiz. Nə ilə bağlıdır?
- İstəyirdik ki, qələbə qazanaq. Məyusuq. Amma bu gün uduzsaq, futbolçularımın çıxışından razı qalacaqdım. 16 matçın cəmi birində - "Sabah"la görüşdə meydanda zəif olmuşuq. Meydana hücumçu buraxmaq istəyirdim. Amma yox idi. Konateni hücumçu kimi oynadırıq. Onsuz da heyətkasaddı, Davit Volkov 11-12 oyundu yoxdu. Nə vaxt bərpa olacağı bilinmir. "İmişli" yaxşı, möhkəm komandadı. Səfər matçlarında daha təhlükəli olur. Bir xala görə şikayətçi deyilik.

- Büdcəniz imkan verəcək ki, qışda transfer edəsiz?
- İmkan yoxdu. Rəhbərlikdən xahiş edəcəyik ki, 1-2 transfer edək. Digər tərəfdən rüsum məsələsi var. Gücümüz çatacaq ya yox, bilmirik. Mövsümün əvvəlində də bilirdik ki, hücum xəttinə oyunçu lazımdı.

- Renat Dadaşov Polşa klubundan ayrılacaq. Onunla danışmağa cəhd edəcəksiz? Rüsum məsələsi sizi məcbur edəcək ki, yalnız yerli futbolçu gətirəsiz?
- Müzakirə aparacağıq. Yerli futbolçu yoxdu. Yəni, komandanı gücləndirəcək yerli oyunçudan söhbət gedir. Üstəlik, hər yerli futbolçunun öz klubu ilə müqaviləsi var. Qışda kimisə transfer etmək çətindi.

Seçilən
16
8
football-plus.az

9Mənbələr