AZ

Liverpul qalib gəldi

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Futbol üzrə İngiltərə Premyer Liqasında XVI tura start verilib.

Redaktor.az xəbər verir ki, açılış oyununda “Çelsi” səfərdə “Nyukasl”la 2:2 hesablı heç-heçə edib.

Turun mərkəzi qarşılaşmasında “Tottenhem” öz meydanında “Liverpul”a 1:2 hesabı ilə uduzub.

Digər matçlarda isə “Mançester Siti” “Vest Hem”ə 3:0, “Brentford” “Vulverhempton”a 2:0 hesabı ilə qalib gəlib, “Bornmut” “Börnli” ilə (1:1), “Brayton” isə “Sanderlend”lə (2:2) heç-heçəyə razılaşıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında turnir cədvəlinə 37 xalla “Mançester Siti” başçılıq edir. Bir oyun az keçirən “Arsenal” 36 xalla ikinci pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
6
redaktor.az

7Mənbələr