Şəki, 21 dekabr, Rasim İslamoğlu, AZƏRTAC
Şəkidə canavar insanlara hücum edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonunun Bideyiz kəndində baş verib. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.
Xəsarət alan şəxslər dərhal Şəki Rayon Mərkəzi Xəstəxasına yerləşdiriliblər.