Premyer Liqanın XVI turunda "Neftçi" səfərdə "Karvan-Yevlax"la üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan oyun Bakı kollektivinin 2:1 hesablı qələbəsi ilə bitib.
Meydan sahiblərinin heyətində 45+9-cu dəqiqədə Araz Abdullayev penalti zərbəsindən hesabı açıb. 61-ci dəqiqədə Bassala Sambu qonaqların bərabərlik qoluna imza atıb.
"Ağ-qaralar"a qalibiyyət gətirən qolu isə Emin Mahmudov vurub. Kapitan 90+7-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Tərəflər arasında I dövrədə keçirilən oyun bərabərə bitmişdi - 0:0.
"Neftçi" 20 xalla 8-ci yerdə qərarlaşıb. Hesabında 6 xal olan "Karvan-Yevlax" 12 komandanın sıralamasında sonuncudur.
“Karvan-Yevlax” - “Neftçi” 1:2