GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Repçi Dado Əliyev mərhum həmkarı Hüseyn Dəryanın ölümndən danışıb.
Globalinfo.az xəbər verir ki, “Astar” Yutub layihəsində qonaq olan ifaçı Dəryanın həkim səhvindən vəfat etdiyini deyib.
“Dedilər ki, Hüseyn qəza keçirdib, narahat olma, yaxşıdır. Eks-həyat yoldaşı Sona ilə danışdım. Hüseynin qəzalarından yorulmuşdum. Düşündüm ki, növbəti hadisədir. Axşam yatdım, səhər durdum ki, telefonuma 100-dən çox zəng gəlib. Dedilər, Hüseyn öldü. Deyirəm, necə ola bilər? Həkimlər onu rentgen etməyiblər, daxili qanaxma olub. Qabırğa qırılıb və ciyərlərini deşib. Görün nədən ölüb. Bunun qarşısını almağa nə var idi?! Hüseyn qəzadan sonra ayaqüstə idi. Deyib, yaxşıyam. Müayinədən keçirtməyiblər. Maşın “Kamaz”ın altına girib ey! Sən necə özünə həkim deyirsən? Heyifsilənirəm ki, o cür insanı adi bir şeydən itirdik.
Gecələr Dəryanın qəbrini ziyarət edirəm. Quran ayələri oxuyuram. Bəzən kimsə deyir ki, onun məzarını görmək istəyirəm, onu aparıram”.
Qeyd edək ki, Hüseyn Dərya 2014-cü ildə avtomobil qəzasında dünyasını dəyişib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.