AZ

“Qarabağ” - Onun yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir

“Qarabağ”ın ispaniyalı legioneri Joni Montielin yaşıl meydanlara qayıdacağaı tarix bəlli olub.

Sportinfo.az Ağdam klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur.

Montielin yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir.

Joni Montiel Azərbaycan Premyer Liqasının I turunun təxirə salınmış “Sabah”la matçın (2:1) 26-cı dəqiqəsində zədələnərək Marko Yankoviçlə əvəzlənib.

Seçilən
110
sportinfo.az

1Mənbələr