AZ

Putin otağın divarına görün kimin rəsmini asıb

Rusiyalı rəssam Oleq Putninin “Taxıl sahəsi” adlı tablosu Rusiya Prezidenti Vladimir Putinin otağının divarından asılıb.

Publika.az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.

Rəssam Putninin sosial şəbəkələrində əsər belə təsvir olunur:

“Taxıl artıq yetişib, biçin vaxtıdır, lakin qısamüddətli yağışlar başlayıb və hər şey bir qədər təxirə düşüb. Çünki indi biçinə başlasaq, bütün taxıl yaş olar və fermerlərin ifadəsi ilə desək, ‘yanar’. Tabloda elə bir an seçilib ki, günəş ön planı bir anlıq işıqlandırır və o, bütün gücü ilə cingiltili qızılı rəngə bürünür”.

Seçilən
13
50
publika.az

10Mənbələr