AZ

Prezident İlham Əliyevin Sankt-Peterburqa səfəri gözlənilir

Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitində iştirakı gözlənilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RIA Novostiyə Rusiya Prezidenti Administrasiyasının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, sammit Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 22 dekabr tarixində Sankt-Peterburqda keçiriləcək və ənənəvi qeyri-rəsmi formatda təşkil olunacaq.

Daha əvvəl Kremlin mətbuat xidməti bildirmişdi ki, görüş çərçivəsində Rusiya prezidenti bir sıra ölkə liderləri ilə ikili görüşlər də keçirəcək.

Qeyd edək ki, MDB liderlərinin qeyri-rəsmi sammitləri regionda siyasi dialoqun və əməkdaşlığın müzakirəsi baxımından mühüm platforma hesab olunur.

Seçilən
55
nocomment.az

1Mənbələr