AZ

Azərbaycana Gürcüstandan 7300 avtomobil idxal edildi

Gürcüstan 2025-ci ildə avtomobillərin təkrar ixracı üzrə rekord qırıb.

Avtosfer.az xəbər verir ki, bu barədə ölkənin statistika qurumu Sakstat məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin ilk 11 ayında ölkə 2,6 milyard dollar dəyərində 103 000 minik avtomobili ixrac edib. Təkrar ixrac gəliri il ərzində 403 milyon dollar artıb.

Qırğızıstan Gürcüstandan ən çox avtomobil alan ölkə olub (1,3 milyard dollar dəyərində 39 000 avtomobil). Onun ardınca Qazaxıstan (735 milyon dollar dəyərində 41 600 avtomobil) və Azərbaycan (197 milyon dollar dəyərində 7 300 avtomobil) gəlir.

Həmçinin 2025-ci ilin ilk 11 ayında Gürcüstan 3,5 milyard dollar dəyərində 212 000 avtomobil idxal edib.

Seçilən
34
4
avtosfer.az

10Mənbələr